Daha bir ölkədə koronavirus aşkarlandı


 Daha bir ölkədə koronavirus aşkarlandı


Afrika ölkəsi Qambiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.


“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, yoluxan şəxs 21 yaşlı qadındır. O, daha öncə xaricə səfər edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 167 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 199 470-ə çatıb. Bunların 82 815 nəfəri sağalıb, 7 997 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu