Boris Conson reanimasiya şöbəsinə yerləşdirildi


Boris Conson reanimasiya şöbəsinə yerləşdirildi


Koronavirusa yoluxan Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib.

APA xəbər verir ki, bu barədə hökumət başçısının ofisi tərəfindən yayılan məlumatda deyilir.

“Bu gecə Baş Nazirin vəziyyəti pisləşdi və həkimlərinin tövsiyəsi ilə o, reanimasiya şöbəsinə köçürüldü. Baş Nazir Xarici İşlər naziri Dominik Raabdan xahiş etdi ki, onu əvəzləsin”, - deyə sənəddə qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu