Ermənistanda koronavirusa yoluxanların sayı dəqiq bilinmir


Ermənistanda koronavirusa yoluxanların sayı dəqiq bilinmir


Ermənistanda koronavirusa yoluxanların sayı ilə bağlı statistikada qeyri-dəqiqlik aşkarlanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin aprelin 9-da keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, araşadırma əsasında 12 dəqiq olmayan informasiya üzə çıxıb.

N.Paşinya deyib ki, Ermənistan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin katibi Alina Nikoqosyan “Facebook” səhifəsində 28 yeni yoluxma hadisəsinin qeydə alındığını bildirsə də, 12 faktı nəzərə almayıb.

“Ermənistanda 921 kronavirusa yoluxma faktı qeydə alınıb. 12 məlumatı nəzərə almasaq, onda bu rəqəm 901 olar”, - hökumət başçısı vurğulayıb.

Xatırladaq ki, Ermənistanda 10 nəfər koronavirusdan ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu