Conson koronavirusdan sağaldı


Conson koronavirusdan sağaldı


Böyük Britaniyanın baş naziri Boris Conson yenidən koronavirus testindən keçib.

“Report” "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü məlumat verib.

Bildirilib ki, baş nazirin koronavirus testinin nəticəsi neqativ çıxıb.

Məlumatda həmçinin vurğulanıb ki, B.Consonun səhhətinin nə zaman tam bərpa olunacağı hələlik məlum deyil.

Qeyd edək ki, martın 27-də Boris Conson koronavirusa yoluxduğunu açıqlamışdı. O, həmin vaxtdan özünü təcrid edib. Buna baxmayaraq, baş nazir son günlərə qədər işləməyə davam edirdi. Səhhəti ağırlaşan 55 yaşlı siyasətçi aprelin 6-sı xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Böyük Britaniyada qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 84 mini ötüb. Rəsmi məlumata görə, krallıqda pandemiya qurbanlarının sayı isə 10 612 nəfərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu