Fransa prezidenti Çinin koronavirusla mübarizəsindən şübhələnir


 Fransa prezidenti Çinin koronavirusla mübarizəsindən şübhələnir



“Açığı, Çinin koronavirus pandemiyasına qarşı mübarizədə bilmədiyimiz məsələlər oldu”.

Report” “Euronews”a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron İngiltərədə çıxan “Financial Times” qəzetinə COVID-19-la bağlı müsahibəsində bildirib.

“Fransa, Almaniya və İtaliyanın Çin və ya Rusiya ilə müqayisəi mümkün deyil. Çinin koronavirusa qarşı mübarizədə bizdən daha yaxşı olduğunu söləyəcək qədər sadəlövh olmamalıyıq. Açığı, bilmədiyimiz şeylər oldu”, - o deyib.

E.Makron infeksiyanın ən çox təsir göstərdiyi Avropa İttifaqına üzv ölkələrə, İtaliya, İspaniya və bəlkə də Fransaya dəstək verilməzsə, populistlərin qələbə əldə edəcəyindən narahatlğını bildirib: “Avropa İttifaqının siyasi bir layihə, yaxud bir bazar olduğu məsələsilə bağlı qərar verilməsi mərhələsindəyik. Hesab edirəm ki, Avropa İttifaqı siyasi layihədir. Bunu inkişaf etdiməsək, Avroqrupun və Avropa düşüncəsinin çökməsi riski artacaq. Bəzilərini itirdiyimiz bir bazara sahib ola bilmərik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu