Ermənistan xarici işlər nazirinin müavini işdən çıxarıldı


 Ermənistan xarici işlər nazirinin müavini işdən çıxarıldı


Ermənistan xarici işlər nazirinin müavini Qriqor Ovannisyan vəzifəsindən azad edilib.

“Report” “Aysor”a istinadən xəbər verir ki, məlumatı Ermənistan hökuməti yayıb.

Bildirilib ki, aprelin 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Qriqor Ovannisyanın vəzifədən azad edilməsinə dair sərəncam imzalayıb.

Qeyd edək ki, Q.Ovannisyan 2018-ci il dekabrın 28-də bu vəzifəyə təyin edilib. Bundan əvvəl o, 2013-2016-cı illərdə Ermənistanın ABŞ-da səfiri işləyib, sonrakı 2 ili isə Yerevanın Meksikadakı diplomatik missiyasına başçılıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu