Ərdoğan və Makron koronavirus pandemiyasını müzakirə etdilər


 Ərdoğan və Makron koronavirus pandemiyasını müzakirə etdilər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Əlaqələr üzrə İdarəsinin məlumatında bildirilir.

Qeyd edilir ki, dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizə üzrə beynəlxalq səyləri müzakirə ediblər.

Liderlər telefon danışığında həmçinin ikitərəfli əlaqələr və regional proseslər haqqında fikir mübadiləsi aparıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu