Boris Conson vəzifəsinin icrasına qayıtdı


Boris Conson vəzifəsinin icrasına qayıtdı


Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusdan müalicə edildikdən sonra Dauninq-stritdəki ofisinə qayıdıb.

“Report”un məlumatına görə, bu barədə mənbələrə istinadən “Sky News” bildirib.

Onun bu gün – aprelin 27-də işə çıxacağı gözlənilir.

Conson son dəfə aprelin 12-də ictimaiyyət qarşısında görünüb. O, “Twitter”dəki səhifəsində videogörüntüsünü yayıb.

Daha əvvəl koronavirus diaqnoz qoyulmuş Conson xəstəxanadan evə buraxılıb. Qeyd edilidi ki, o, şəhərkənarı iqamətgahında bərpa dövrü keçir.

Hökumət rəhbərinin dəftərxanasının rəsmisi bildirib ki, baş nazir cümə günü müşavirləri ilə görüşüb. O, ölkənin koronavirusla mübarizə sahəsində gördüyü işlər barədə son məlumatları alıb.

Qeyd edək ki, martın 27-də Boris Conson koronavirusa yoluxduğunu açıqlamışdı. Baş nazir həmin vaxtdan özünü təcrid edib. Buna baxmayaraq, baş nazir son günlərə qədər işləməyə davam edirdi. Səhhəti ağırlaşan 55 yaşlı siyasətçi aprelin 6-sı xəstəxanaya yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu