Almaniya “Hizbullah”ı terror təşkilatı elan etdi


 Almaniya “Hizbullah”ı terror təşkilatı elan etdi


Almaniyanın Daxili İşlər Nazirliyi Livanın “Hizbullah” təşkilatını terror qruplaşması elan edərək onun ölkədəki bütün fəaliyyətinə qadağa qoyub.

“Report” xəbər verir ki, bunu nazirliyin sözçüsü Stiv Alter “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bununla bağlı artıq ölkənin bir neçə bölgəsində polis tədbirlərinə başlanılıb.

Qeyd edək ki, “Hizbullah” İranla sıx əlaqədə olan təşkilatdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu