İsraildə koronavirusa yoluxanların sayı azalıb


İsraildə koronavirusa yoluxanların sayı azalıb


İsraildə koronavirusa yoluxanların sayı 195 nəfər azalaraq 4 962-yə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 27 yeni yoluxma qeydə alınıb. Ümumilikdə 16 436 nəfərdə koronavirus testi müsbət nəticə vermişdi.

Koronavirusdan ölənlərin sayı dəyişməz olaraq qalıb - 245 nəfər. İndiyədək 11 229 xəstə sağalıb. Hazırda 78 pasiyentin vəziyyəti ağırdır, 63 nəfərin süni nəfəs aparatına ehtiyacı var.

İsrail tədricən karantin rejimindən çıxmağa başlayıb. Ölkədə bazarlar və ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu