BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub


BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub


BMT-nin 96 sülhməramlısı koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT-nin Sülhə dəstək üzrə əməliyyat departamentinin kommunikasiya bölməsinin başçısı Nik Bernbek bildirib.

Onun sözlərinə görə, pandemiya başlayandan sülhməramlı əməliyyatlarda iştirak edən təxminən 100 min sülhməramlısından 96 nəfəri COVID-19-a yoluxub: “Bunlardan üçü Kiprin yunan hissəsində, biri BMT-nin Livandakı müvəqqəti qüvvələrində, biri Fələstin-İsrail münaqişəsi bölgəsində, beşi Mərkəzi Afrika Respublikası, üçü Cənubi Sudanda, 13-ü Demokratik Konqo Respublikasında və 70-i Malidə yoluxub. İndiyədək onlardan 48 nəfəri sağalıb. Ölüm hadisəsi qeydə alınmayıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu