ÜST: Son sutkada dünyada 136 mindən çox insan COVID-19-a yoluxdu


 ÜST:


Dünyada koronavirusa yoluxanların sayı 6,7 milyon nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 137 minə yaxın yoluxma qeydə alınıb. Bununla yanaşı, pandemiya qurbanlarının ümumi sayı 400 minə çatır.

“Son sutkada dünyada koronavirusa 136 409 yoluxma qeydə alınıb, 4 586 nəfər ölüb. Bununla da dünyada koronavirusa yoluxanların sayı 6 799 713 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 397 388 nəfər təşkil edir”, - deyə təşkilatın xəbərində bildirilir.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 3 234 875 nəfərdə təhlükəli virus aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu