Dünyada koronavirusa yoluxanların sayı 7 milyon 100 mini ötdü


 Dünyada koronavirusa yoluxanların sayı 7 milyon 100 mini ötdü


Dünyada koronavirusa yoluxan 3 466 532 nəfər sağalıb, 406 343 nəfər isə virusdan ölüb.

“Report” xəbər verir ki, indiyədək 7 102 957 nəfərə COVID-19 diaqnozu qoyulub.

Məlumata görə, son 19 gündə dünyada 80 mindən çox insan koronavirusdan ölüb

Ən çox yoluxma halları ABŞ (2 007 449), Braziliya (691 962) və Rusiyada (476 658) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 170 132 nəfər yoluxub, 4 692 nəfər ölüb. İranda isə 171 789 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 8 291 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, iyunun 7-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 7 553-dür. İndiyədək ölkəmizdə 4 149 nəfər virusdan sağalsa da, 88 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu