Rusiya Ukrayna "Zenit"indən imtina etdi


Rusiya daha Ukraynadan “Zenit” raketləri almayacaq.

AFN-in məlumatına görə, lenta.ru “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, “Roskosmos” bundan sonra Dnepropetrovskdakı “Yujmaşzavod”da hazırlanan “Zenit” raketlərini almaqdan imtina edir. Bu barədə qəzetə “Roskosmos”un rəsmi nümayndəsi İqor Burenkov məlumat verib. Onun sözlərinə görə “Zenit” raketlərinin köməyi orbitə çıxarılması nəzərdə tutulan peyklər, bundan sonra “Anqara” yeni nəsil rus raketləri vasitəsilə kosmosa göndəriləcək.
Beləliklə, Rusiya Ukrayna münasibətlərinin raket sənayesinə də təsirsiz ötüşmədiyi göz önündədir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu