Ermənistanda daha bir yüksək vəzifəli şəxs istefa verdi


 Ermənistanda daha bir yüksək vəzifəli şəxs istefa verdi


Ermənistanın polis rəisi (daxili işlər naziri) Arman Sarkisyan istefa verib.

“Report” “Sputnik Armeniya”ya istinadən bildirir ki, o, işdən çıxmaqla bağlı Ermənistan prezidenti Armen Sarkisyana ərizə yazıb.

Bildirilib ki, A.Sarkisyan 2018-ci ilin mayında “inqilabdan” sonra Ermənistan polisinin rəisi Valeri Osipyanın birinci müavini təyin edilib. 2019-cu ilin sentyabrında V.Osipyan istefa verdikdən sonra o, polis rəisi səlahiyyətlətinin müvəqqəti olaraq icrasına başlayıb.

A.Sarsikyanın 41 yaşı var. O, Ermənistan Daxili İşlər Nazirliyinin Ali məktəbini bitirib.

Qeyd edək ki, iyunun 8-də Ermənistan Silahlı Qüvvələri Baş qərargahının rəisi Artak Davtyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan istefa verib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan KİV-i hökumətdə ciddi dəyişikliklərin olacağı barədə məlumt yaymışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu