Ermənistanda bir gündə 711 nəfərdə koronavirus aşkarlandı


 Ermənistanda bir gündə 711 nəfərdə koronavirus aşkarlandı


Ermənistanda daha 711 nəfərdə koronavirus aşkarlanıb.



“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununlada Ermənistanda virusa yoluxanların sayı 21 717-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 386-ya çatıb. İndiyədək 10 797 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 404 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,3 milyonu ötüb. Bunların 5 milyondan çoxu sağalıb, 479 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu