Ermənistanda koronavirusa yoluxanların sayı 25 500-ü ötdü


 Ermənistanda koronavirusa yoluxanların sayı 25 500-ü ötdü


Ermənistanda son sutkada 415 nəfərdə koronavirus aşkarlanıb.



“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 25 542-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 443-ə çatıb. İndiyədək 14 048 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 904 aktiv koronavirus xəstəsi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu