Rusiyada koronavirusdan ölənlərin sayı 9 320-yə çatıb


 Rusiyada koronavirusdan ölənlərin sayı 9 320-yə çatıb


Rusiyada son sutkada koronavirusa 6 693 yoluxma faktı qeydə alınıb, 154 nəfər ölüb.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə koronavirus xəstələrinin ümumi sayı 647 849 nəfərə çatıb. İndiyədək virusdan 9 320 nəfər ölüb.

Son sutkada 9 220 nəfər sağalıb. Bununla da sağalanların sayı 412 650-yə yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu