Aleksey Navalnı komadadır, onun hansı maddə ilə zəhərləndiyi açıqlandı - VİDEOLAR


Aleksey Navalnı komadadır, onun hansı maddə ilə zəhərləndiyi açıqlandı -


Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsinin təfərrüatları məlum olub. Həkimlər onun qallüsinogen tərkibli naməlum maddə ilə zəhərləndiyinə dair diaqnoz qoyublar.



“Baza” telegram-kanalı bildirir ki, söhbət oksibutriat natriumdan gedir. Həmin güclü psixodisleptik dadına görə duzludur, rəngi və iyi yoxdur.

Habelə bildirilir ki, Tomskdan Moskvaya uçarkən Navalnı təyyarənin tualetinə gedib və oradan xeyli vaxt çıxmayıb. Daha sonra sərnişinlər onun qışqırığını və köməyə çağırdığını eşidiblər. Heyət təyyarənin Omskda təcili endirilməsinə qərar verib, aerporta təcili yardım briqadası çağırılıb. Təcili yardım briqadası gələndə Navalnı gözlərini açıb, amma danışa bilməyib. Onu birbaşa uçuş-enmə zolağından təcili yardım maşını ilə Omsk şəhər xəstəxanasının toksikoreanimasiya şöbəsinə aparıblar.

Hazırda siyasətçinin vəziyyəti kritikdir, o koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub. Navalnının yaxınları həkimlərə deyiblər ki, o, energetik içəndən sonra halı pisləşib. Bundan əvvəl siyasətçinin mətbuat katibi Navalnının uçuş zamanı ancaq çay içdiyini demişdi.

***

Rusiya müxalifətinin lideri, korrupsiya ilə mübarizə Fondunun əsasını qoyan Aleksey Navalnı ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Navalnının vəziyyəti Tomskdan Moskvaya uçan təyyarədə pisləşib. Təyyarə Omskda təcili yerə enib və siyasətçi yerli xəstəxanaya çatdırılıb.

Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, hazırda siyasətçi xəstəxananın reanimasiya şöbəsindədir, huşsuz vəziyyətdədir. Omsk 1 saylı təcili yardım xəstəxanasından faktı təsdiqləyiblər və deyiblər ki, Navalnı toksikoreanimasiyadadır. Tibb müəssisəsinin baş həkimi bloqerin vəziyyətinin olduqca ağır olduğunu bildirib.

Kira Yarmış ehtimal edir ki, Navalnını çaya qarışdırılmış toksik maddə ilə zəhərləyiblər. “Həkimlər deyirlər ki, toksin qaynar maye ilə sürətlə bədənə sorulub. Bir il əvvəl Aleksey təcridxanada saxlanılanda da onu zəhərləmişdilər. Göründüyü kimi yenə həmin şeyi elədilər”,-o deyib.

2019-cu ildə Navalnı kəskin allergik reaksiya diaqnozu ilə Moskva müvəqqəti saxlanma təcridxanasından xəstəxanaya yerləşdirilib, lakin həmin vaxt allergiyanın mənbəyini müəyyən etmək mümkün olmayıb. Bir müddət sonra bloqer xəstəxanadan buraxılıb. (Virtualaz.org)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu