Navalnının təyyarədə qışqırdığı anın videosu yayıldı


Navalnının təyyarədə qışqırdığı anın videosu yayıldı


Ağır zəhərlənmədən Omsk xəstəxanasına yerləşdirilən müxalifət lideri Aleksey Navalnının təyyarədə yaşadığı çətin anlar bir sərnişin tərəfindən lentə alınıb.



“Qafqazinfo” xəbər verir ki, sözügedən görüntüləri Navalnı ilə eyni təyyarədə səyahət edən Pavel Lebedev adlı sərnişin çəkib. Onun sözlərinə görə, siyasətçi təyyarə hündürlüyə qalxdıqdan sonra sanitar qovşağa gedib və uzun müddət geri qayıtmayıb.

“Mən başa düşdüm ki, nəsə baş verir. Təyyarə təcili olaraq Omsk şəhərinə enməyə başladı. Düşündüm ki, yəgin kimsə özünü pis hiss edib. Başımı çevirib gördüm ki, Aleksey uzanıb və qışqırır”,- deyə Lebedev bildirib.

Qeyd edək ki, bu gün A.Navalnının göyərtəsində olduğu Moskvadan Tomsk şəhərinə gedən təyyarə onun zəhərlənməsi səbəbindən təcili Omsk şəhərinə enib. Siyasətçinin mətbuat katibi Kira Yarmış müxalifət liderinin başqa bir şəxs tərəfindən qəsdən zəhərləndiyini iddia edir. Onun sözlərinə görə, A. Navalnı səhər saatlarında ancaq bir stəkan çay içib.

O, Navalnının süni tənəffüs aparatına qoşulduğunu bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu