Almaniya Navalnının zəhərlənməsi faktını təsdiqlədi


Almaniya Navalnının zəhərlənməsi faktını təsdiqlədi


Almaniya hakimiyyəti hesab edir ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnı çox güman, zəhərlənib.



Bu barədə mətbuat konfransında ölkə hökumətinin rəsmi nümayəndəsi açıqlama verib.

Bu arada Almaniya Federativ Respublikasının Nazirlər Kabineti Navalnının diaqnozunu Berlin klinikasının "Charite” klinikasında həkimlər tərəfindən veriləcəyini bildirib: "Yalnız bundan sonra növbəti addımlar barədə danışa bilərik”.

Hökumət sözçüsü Steffen Seibert Berlində keçirilən brifinqdə "yalnız həkimlər və ailə üzvləri sağlamlıq vəziyyəti və ortaya çıxan şeylər haqqında danışa bilər", - deyib.

"Rusiya müxalifət lideri Aleksey Navalnının işiylə bağlı hələ ki, kifayət qədər faktın yoxdur”, -bu sözləri isə Almaniyanın Xarici İşlər naziri Heiko Maas ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. O, hələlik həkimlərin izahatını gözlədiklərini bildirib.

Nazirlər Belarusdakı vəziyyəti də müzakirə edib və dialoqun vacibliyini vurğulayıblar. Maasın fikrincə, dövlət aparatı repressiya etdmədən nümayiş və ifadə azadlığına hörmətlə yanaşmalıdır.(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu