Korona daha çox bu ölkələrə ziyan vurur - BMT


Dünya iqtisadiyyatı pandemiya sayəsində 4% azalacaq.

AFN xəbər verir ki, bu proqnozla BMT-nin Ticarət və İnkişaf Konfransı çıxış edib.

Hesabata əsasən, dünya ticarəti təxminən beşdə bir qədər, birbaşa xarici investisiyalar 40%-ə qədər, pul köçürmələri 100 milyard dollardan çox azalacaq. Bununla belə, ən böyük iqtisadi və sosial zərərin inkişaf edən ölkələrdə qeydə alınacağı vurğulanıb.

Təşkilat 90 milyondan 120 milyon nəfərə qədər insanın yoxsulluq həddində yaşamaq məcburiyyətində qalacağını, 300 milyon nəfərin isə qida təhlükəsizliyi problemləriylə qarşılaşacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu