Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şəhərində partlayış nəticəsində 7 nəfər ölüb



Bu gün Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras əl-Ayn şəhərində park edilmiş avtomobildə partlayış baş verib.



APA SANA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi mülki şəxs həyatını itirib.

Xatırladaq ki, Ras əl-Ayn şəhərində avqustun 27-də də analoji hadisə baş vermişdi. Partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu