Ukrayna ruslara viza tətbiq edəcək


Ukrayna XİN rusların ölkəyə ümumvətəndaş pasportu ilə daxil olmalarını qadağan etmək təklifini verib.

AFN-in məlumatına görə, bu barədə “İnterfaks-Ukrayna” agentliyi hökümətdəki mənbəyə istinadən məlumat verib.
Artıq Nazirlər Kabineti rusların ölkəyə istisnasız olaraq xarici pasportla daxil olmalarını nəzərdə tutan müvafiq sərəncamı nəzərdə keçirir, lakin onun nə vaxt qəbul edilə biləcəyi haqda heç nə deyilmir. Hazırlanan sərəncam Rusiya və Ukrayna hökumətləri arasında bağlanmış vizasız gediş-gəlişin qismən dayandırılmasını nəzərdə tutur.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu