Merkel əmin etdi: Ukraynaya silah verilməyəcək


Almaniya Ukraynaya silah göndərməyi planlaşdırmır.

AzVision.az `Reuters`ə istinadla xəbər verir ki, bu haqda Almaniya kansleri Angela Merkel Macarıstana səfəri zamanı bəyanat verib. “Almaniya Ukraynaya silahla dəstək göstərməyəcək. Əminəm ki, münaqişə hərbi vasitələrlə həll oluna bilməz” – deyə kansler vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ukraynanın şərqində Minsk razılaşması əsasında atəşin dərhal dayandırılması vacibdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu