Zelenski Putinlə zəngləşməyi dayandırdı: “Danışacaq bir şey yoxdur”


Ukrayna Prezidenti Vladimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışacaq bir şeyinin olmadığını və bu səbəbdən ona zəng etməyi dayandırdığını bildirib.



Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə "Fokus”a verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Putinə istənilən vaxt zəng edə bilər, sadəcə, indi müzakirə üçün mövzu görmür: "Danışılacaq bir şey yoxdur".

Bununla belə, o, Normandiya Dördlüyü liderlərinin müşavirlərinin görüşü bundan sonra da gecikərsə, mütləq Putinlə əlaqə quracaq. Eyni zamanda, Zelenski Putinlə "qlobal təkbətək” bir söhbət etmək istərdi, çünki Donbas probleminə həsr olunmuş Normandiya görüşlərində qaldırılmayan məsələlər var. Xüsusilə bu, Krım və girovlar mövzusuna aiddir.

Qeyd etmək lazımdır ki, Rusiya ilə Ukrayna arasında Normandiya formatı çərçivəsində son danışıqlar 9 dekabr 2019-cu ildə baş tutub. Sonra tərəflər atəşkəs və sərhəd xəttinin hissələrində qüvvə və texnikanın ayrılması və əsir mübadiləsi barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu