Gürcüstan koronavirusa qarşı üç peyvəndin tətbiqini nəzərdən keçirir


“Gürcüstan koronavirus əleyhinə üç vaksin – “Pfizer”, “Moderna” və “Astrazeneka” peyvəndlərinin tətbiqinin mümkünlüyünü nəzərdən keçirir”.



“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, ölkədə vaksinasiyaya başlamaq üçün bir sıra prosedurlar tələb olunur: “Peyvəndin tətbiqi ilə bağlı plan hazırlanır və sənədin gələn həftənin sonuna yaxın rəsmiləşdiriləcəyi gözlənilir”.

Qeyd edək ki, qonşu ölkənin COVID-19-a qarşı vaksini bu ilin martında əldə edəcəyi gözlənilir. Peyvəndləmə əhalinin 20%-i üçün nəzərdə tutulub və dövlət hesabına həyata keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu