AFN.AZ / Sudan 12,7 milyard dollar qazanan çinli

Sudan 12,7 milyard dollar qazanan çinli

«Vaxaxa» markalı alkoqolsuz içki şirkətinin başçısı 67 yaşlı Tszun Tsinxou 12,7 milyard dollarlıq varidatı ilə Çinin ən varlı adamıdır.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ötən ilin uyğun dövrü ilə müqayisədə bu ilin ilk ayında «Vaxaxa»-nın satışı 23 faiz artıb.

Çinin «Xujun» araşdırma mərkəzinin təttib etdiyi reytinq cədvəlində ikinci yerdə tikinti şirkətinin başçısı Van Tszyanlin, üçüncü pillədə isə internet-axtarış şirkətinin başçısı Baidu Li Yanxun gəlir.

Tszun Tsinxou 2010-cu ildə də reytinq cədvəlinə başçılıq etmişdi.


Lent.az
25-09-2012, 03:15
Geri qayıt