AFN.AZ / Qüds terrorçusunun arvadı və valideynləri tutuldu

Qüds terrorçusunun arvadı və valideynləri tutuldu

İsrail polisi Qüds şəhərində 4 hərbçinin ölümü ilə nəticələnən hücumla bağlı təhqiqat çərçivəsində 9 nəfəri saxlayıb.

Bunu Qüdsün polis rəsmisi Lyuba Samri deyib. Onun sözlərinə görə, saxlanılanlardan beşi terror aktını törədən şəxsin qohumlarıdır.

Yerli mətbuatın məlumatına görə, polis, xüsusilə, onun arvadını və valideynlərini saxlayıb. Onların hamısı Mukaber Cebel rayonunda yaşayır.

Xatırladaq ki, yanvarın 8-də Qüds şəhərində yük avtomobili hərbçilərin üzərinə sürülüb. Hadisə nəticəsində 4 nəfər həlak olub, ondan çox insan isə yaralanıb. Hücum edən şəxs İsrail hərbçiləri tərəfindən güllələnib. (azvision)
9-01-2017, 14:30
Geri qayıt