AFN.AZ / ABŞ ən müasir təyyarələrini Yaponiyaya yerləşdirdi

ABŞ ən müasir təyyarələrini Yaponiyaya yerləşdirdi

ABŞ Yaponiyadakı bazalarına F-35B beşinci nəsil hərbi təyyarələrini yerləşdirib.

Bu barədə informasiyanı ABŞ Dəniz Piyadaları Korpusunun mətbuat xidməti yayıb.

Təyyarələr Yaponiyaya yanvarın 9-da gəlib.

Qeyd edək ki, dekabrda Yaponiya F-35-lərin ölkə ərazisinə gətirilməsinə izn verib.

F-35 təyyarəsi tarixin ən bahalı təyyarələrindən biri hesab edilir. ABŞ bu layihənin reallaşdırılması üçün indiyə qədər 56,4 milyard dollar xərcləyib. (axar.az)
11-01-2017, 22:07
Geri qayıt