AFN.AZ / Vəzifəsi Türkiyədə sui-qəsdlər həyata keçirməkdi–

Vəzifəsi Türkiyədə sui-qəsdlər həyata keçirməkdi–

Türkiyənin “Takvim” qəzetinin yazarı Ergün Diler şok bir iddia ilə çıxış edib.

Dilerin anonim mənbəyə istinadən irəli sürdüyü iddiaya görə, Türkiyənin İncirlik hərbi hava bazasına xüsusi qrup gətirilib.

“Keçdiyimiz günlərdə çox xüsusi bir qrup İncirliyə endi. Xüsusi təyyarə ilə gəldilər. Neçə nəfərin olduğunu dəqiq olaraq öyrənə bilmədim. Amma gəldilər. Gələnlər hərbi sui-qəsd qrupu idi”, - deyə o bildirib.

Yazarın sözlərinə görə, qrupun əsas vəzifəsi İraq-Suriya-Türkiyə üçbucağında səs-küy yaradan sui-qəsdlər həyata keçirməkdir. Diler qeyd edir ki, Türkiyə sərhədləri xaricində olan türklər də qrupun hədəfidir.

“Nə qədər qalacaqlarını bilmirəm. Amma İraq-Suriya-Türkiyə üçbucağında səs-küy yaradan sui-qəsdlər həyata keçirəcəklər. Vəzifə budur, verilən əmr budur! Eyni mənbə Florida hava limanında hücumda yer alan şəxsin də avropalı bir kəşfiyyat təşkilatı tərəfindən istifadə edildiyini söylədi. Ölkənin adını soruşdum, güldü. “İndi bunu bilməyiniz kifayət edər” dedi. Yaxında çox önəmli hadisələr baş verəcək. Sərhədlərimizin cənubunda yaşanan bölüşdürmə davası terror dalğası ilə hər yerə yayılır!”, - deyə türkiyəli yazar vurğulayıb.(publika.az)
12-01-2017, 13:52
Geri qayıt