AFN.AZ / İran Suriyaya raket zərbələri endirdi

İran Suriyaya raket zərbələri endirdi



İran İslam İnqilabı Keçikçiləri Korpusu İŞİD terrorçularının Suriyadakı bazalarına raket zərbələri endirib.

"Tasnim" agentliyinin yaydığı məlumata görə, terrorçuların Suriyanın şərqindəki mövqeləri orta mənzilli ballistik raketlərlə atəşə tutulub.

Zərbələrin Tehrana edilən hücuma cavab olaraq endirildiyi qeyd olunub.
19-06-2017, 00:19
Geri qayıt