AFN.AZ / Parisdə qorxulu anlar:

Parisdə qorxulu anlar:



Fransanın paytaxtı Parisdə terror həyəcanı yaşanıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Yelisey sarayının yaxınlığında bir maşın polis əməkdaşlarının olduğu xidməti avtomobilə çırpılıb. Kimliyi məlum olmayan sürücünün idarə etdiyi maşın yanmağa başlayıb.

Polis həyəcan siqnalı verib. Şəhərin mərkəzi yolları bağlanıb, sakinlər həmin ərazidən uzaqlaşdırılıb. Vətəndaşlara küçələrə çıxmamaq tapşırılıb.

Məlumata görə, saxlanılan sürücünün üzərində silah aşkar edilib. Həmin şəxsin qəsdən polis maşınını hədəf aldığı deyilir.

Digər bir məlumata əsasən, saxlanılan şəxsin adının Fransanın terror siyahısında olduğu müəyyən edilib.
19-06-2017, 20:45
Geri qayıt