AFN.AZ / Polislər qəzaya düşdülər:

Polislər qəzaya düşdülər:



Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Diyarbəkirin Sur bölgəsində qeydə alınıb.

İçərisində polis əməkdaşlarının olduğu mikroavbotusun qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşması nəticəsində 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Yaralılardan 9-nun polis olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşları əməliyyatdan qayıdan zaman qəzaya düşüblər.
19-06-2017, 23:00
Geri qayıt