AFN.AZ / Ukraynada spirtli içkilər bahalaşdı

Ukraynada spirtli içkilər bahalaşdı



Ukraynanın Nazirlər Kabineti ölkədə araq və digər spirtli içkilərin minimal pərakəndə satış qiymətlərini qaldırıb.



Bu barədə qərar hökumətin iclasında qəbul edilib.

Minimal qiymətlər içkinin növündən asılı olaraq 14 faizdən 19 faizədək artırılıb.

Nazirlər Kabineti bu qərarını spirtli içkilərə tətbiq olunan aksiz vergisi yığımlarının yüksəldiyi vaxtda, minimal qiymətlərin ötən ilin noyabrından dəyişməməsi ilə izah edib.

Qərar dərc olunduğu gündən 10 gün sonra qüvvəyə minəcək. (virtualaz.org)
9-08-2017, 20:52
Geri qayıt