AFN.AZ / Suriya ordusu Hələbi İŞİD-çilərdən tam təmizlədi

Suriya ordusu Hələbi İŞİD-çilərdən tam təmizlədi



“Suriyanın Hələb vilayəti İŞİD terrorçularından tamamilə azad edilib”.

RİA Novosti-nin verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəhbəri Sergey Rudskoy deyib.

“Rusiya Hava Kosmik Qüvvələrinin köməyi ilə Suriya hökumət qüvvələri ciddi uğurlar əldə edib və ölkənin mərkəzi hissəsində İŞİD-in iri qruplaşması ciddi məğlubiyyətə uğradılıb. Hələb vilayəti terrorçulardan tamamilə təmizlənib”, - deyə S. Rudskoy vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə 50 yaşayış məntəqəsi və 2,7 min kvadrat kilometrdən çox Suriya ərazisi İŞİD-dən azad edilib.
21-08-2017, 19:26
Geri qayıt