AFN.AZ / Rostovda fövqəladə vəziyyət elan edildi

Rostovda fövqəladə vəziyyət elan edildi



Rusiyanın Rostov şəhərində baş verən güclü yanğın hadisəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, alov artıq 30 evi əhatə edib. Yanğın zamanı 3 nəfər xəsarət alıb. 560 nəfər evakuasiya edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi alovun söndürürlməsi üçün təyyarə və 5 helikopterin cəlb edildiyini deyib. Hazırda hadisə yerində 437 nəfər yanğınsöndürən-xilasedici və 212 texnika işləyir. Yanğının qarşısını almaq hələlik mümkün olmayıb.

Alov 10 min kvadrat metr ərazini əhatə edir.
21-08-2017, 21:15
Geri qayıt