AFN.AZ / Tramp Çinə gedəcək?

Tramp Çinə gedəcək?



ABŞ prezidenti Donald Trampın bu ilin noyabrında Çinə rəsmi səfər edəcəyi ilə bağlı xəbər yayılıb.

AFN virtualaz.org-a istinadən xatırladır ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin ABŞ-a aprel ayındakı səfəri zamanı Amerika prezidentini Çinə dəvət edib.

"Bloomberg" agentliyi bildirir ki, Çin lideri ilə görüşdən sonra Tramp onun haqqında çox səmimi danışıb, lakin sonradan Pekinin ticarət siyasətinin ünvanına tənqidlərə qayıdıb.

"Qazeta.ru" isə xəbər verib ki, Ağ Evdə səfərlə balı məlumatı şərh etməkdən imtina ediblər.
12-09-2017, 21:19
Geri qayıt