AFN.AZ / İran İraq Kürdüstanını atəşə tutdu

İran İraq Kürdüstanını atəşə tutdu



İraqın sərhəd kürd rayonu bu səhər İran ərazisindən minaatan atəşinə məruz qalıb.

Virtualaz.org bildirir ki, bu barədə Sky News Arabia telekanalı xəbər yayıb.

Məlumata görə, İran tərəfindən buraxılmış bir neçə artilleriya mərmisi İraq Kürdüstanı ilə sərhəddəki Omran Həcci keçidinin ərazisinə düşüb.

Al Jazeera telekanalı isə xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Kürdüstanla sərhəd ərazidə təlimlərə başlayıb.

Xatırladaq ki, 25 sentyabrda Kürdüstanda müstəqillik haqqında referendum planlaşdırılıb. Bağdad və dünyanın çox ölkələri qəti surətdə ona qarşı çıxır.

Rəsmi Tehran isə əvvəlcədən bildirmişdi ki plebisitin keçirilməsi və kürdlərin ayrılması İraqla təhlükəsizlik üzrə bütün razılaşmaları avtomatik ləğv edəcək və regionla sərhədin bağlanmasına gətirib çıxaracaq.
24-09-2017, 15:35
Geri qayıt