AFN.AZ / Ermənistanda zavodda partlayış olub

Ermənistanda zavodda partlayış olub



Ermənistanda spirtsiz içkilərin istehsalı ilə məşğul olan “Sipan” zavodunda partlayış baş verib.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Abovyan şəhərində baş verən hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Zavodun binasının uçma təhlükəsi var. Hadisə yerində xilasedicilər işləyir.
25-09-2017, 14:53
Geri qayıt