AFN.AZ / Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir


Əməkdaşlığın əvəzi olaraq Avropa İttifaqı Ermənistandan atom elektrik stansiyasını bağlamağı tələb edir. Erməni ekspertlərin fikrincə, bu tələbin altında Ermənistanın mövqelərini zəiflətmək niyyəti durur. AFN “Sputnik”ə istinadən xəbər verir ki, ölkə energetik böhranla üz-üzə qala bilər.



Ölkə XİN-in rəsmi saytında dərc olunmuş Avropa İttifaqı ilə sazişin tərcümə versiyasında deyilir ki, Metsamor atom elektrik stansiyasının istismarını dayandırmaqla Ermənistan ölkənin enerji təhlükəsizliyini təmin etmək məqsədilə istehsal güclərini əvəzləməyə yönəlmiş addımlar atmalıdır.

Qeyd edək ki, Ermənistanla Avropa İttifaqının əməkdaşlığı barədə geniş və hərtərəfli sazişin imzalanması noyabrın 24-də Brüsseldə xarici işlər nazirlərinin sammitində gerçəkləşdirilməlidir. Saziş bütün Avropa İttifaqı üzvü olan ölkələr və Ermənistan tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.
16-10-2017, 19:52
Geri qayıt