AFN.AZ / Rusiya Türkiyə münasibətləri tam həcmdə bərpa olunub-

Rusiya Türkiyə münasibətləri tam həcmdə bərpa olunub-

Rusiya Türkiyə münasibətləri tam həcmdə bərpa olunub-



"Moskva və Ankara münasibətlərini tam həcmdə bərpa olunmuş hesab etmək olar. Bu ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin tənəzzülündən sonra üç dəfədən çox artıb".

Bunu Rusiya prezidenti Vladimir Putin Soçidəki iqamətgahında türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla keçirdiyi görüşdə bildirib.

Rusiya prezidenti qeyd edib ki, ölkəsi Türkiyə ilə praktiki olaraq bütün istiqamətlərdə, o cümlədən Suriya münaqişəsinin nizamlanmasında iş aparır. Putin türkiyəli həmkarına Rusiyaya səfər etdiyinə görə təşəkkürünü bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında regional məsələlərin həllində ikitərəfli əməkdaşlığa diqqəti yönəldib: "Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər günü gündən inkişaf edir. Yüksək səviyyədə təmaslar həyata keçirilir. Əminəm ki, bu gün ki görüş də məhsuldar olacaq". (APA)

****

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında kiçik tərkibdə görüş başlayıb.

Bu görüşdən sonra liderlər geniş tərkibdə görüş keçirəcək, daha sonra mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.

R.T.Ərdoğan V.Putinlə görüşdə qeyd edib ki, Rusiya və Türkiyənin münasibətləri “hər dəqiqə” inkişaf edir.
13-11-2017, 20:59
Geri qayıt