AFN.AZ / ABŞ Dövlət Departamenti Ərdoğanın ittihamlarına cavab verib

ABŞ Dövlət Departamenti Ərdoğanın ittihamlarına cavab verib

ABŞ Dövlət Departamenti Ərdoğanın ittihamlarına cavab verib


ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “17-25 dekabr tələsini aparıb Amerikada qurdular” sözlərinə münasibət bildirib.



“Hürriyet” yazır ki, Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə H. Noyertə “ABŞ Türkiyəyə qarşı tələ qurur?” deyə sual ünvanlanıb. Sözçü sualı təbəssümlə qarşılayaraq deyib: “Biz bu hekayəni Türkiyədən daha əvvəl də eşitmişdik. Bizi çevriliş cəhdini qızışdırmaqla ittiham etdikləri zaman verdiyim cavabın eynisi vermək məcburiyyətindəyəm. Bunun əsassız, mənasız olduğunu bildirəcəyəm”.

Bir NATO müttəfiqi olaraq Türkiyədən bu cür açıqlamalar gəlməsini necə qiymətləndirdikləri barədə suala H.Noyertin cavabı belə olub: “Gördüyünüz kimi, bu il əlaqələrimizin gah yaxşı, gah pis olduğu ölkələr var. Biri bəzi şeylər söyləyə bilər, amma sonra söylədiyinə peşman olar. Türkiyə NATO üzvüdür və ABŞ-ın dəyər verdiyi müttəfiqdir. Türkiyə ilə güclü əlaqələrimiz var. Ancaq ABŞ-ın çevriliş cəhdini təşkil etdiyinə dair iddiaların əsası yoxdur”.

Qeyd edək ki, 2013-cü il dekabrın 17-25-də Türkiyədə korrupsiya və rüşvət ittihamı ilə bir sıra vəzifəli şəxslər, o cümlədən nazir övladları həbs olunub. Cinayət işi çərçivəsində iranlı iş adamı Rza Zərrab da saxlanılıb. Sonradan bu əməliyyatın fətullahçı polis və prokurorlar tərəfindən təşkil olunduğu bildirilərək həbs olunanların hamısı buraxılıb və cinayət işi bağlanıb. Lakin cinayət işində adları hallanan 4 nazir istefa verməyə məcbur olub.
22-11-2017, 12:55
Geri qayıt