AFN.AZ / "Zeytun budağı"ndan

"Zeytun budağı"ndan

"Zeytun budağı"ndan


Türkiyə Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyektini məhv edib.



Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilib.

Bundan başqa, əməliyyat nəticəsində 9 yaşayış məntəqəsinin də terrorçulardan azad edildiyi bildirilib. Məlumata görə, əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım bildirmişdi ki, Suriyanın Afrin şəhərində təxminən 8-10 min PYD və YPG terrorçusu var.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Afrində "Zeytun budağı" əməliyyatlarına başlayıb. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri aviazərbələr üçün cəlb edilib. (Trend)
22-01-2018, 10:03
Geri qayıt