AFN.AZ / Və açıqladılar...

Və açıqladılar...

Və açıqladılar...


Suriyada 2011-ci ildən bu günə qədər davam edən daxili münaqişəyə uzaqdan baxmaq rolunu seçən Çin bundan sonrakı proseslərdə aktiv rol oynayacağını elan edib.

AFN xəbər verir ki, Çinin Suriya səfiri Şi Tsanzin ölkəsinin Suriyadakı proseslərə aktiv müdaxilə etməsinin vaxtının çatdığını bildirərək “Suriyadakı məhvə aparan ixtilafların ardından Çinin bu ölkənin gələcəyində daha aktiv rol oynamasının vaxtı çatıb" deyə bəyan edib: "Suriyanın yenidən inşa edilməsində bu ölkənin leqal iqtidarı ilə əməkdaşlıq edərək hər keçən gün daha ciddi töhfələr verəcəyimizi düşünürük”.
Suriya məsələsində beynəlxalq arenada Rusiya ilə birlikdə hərəkət edən Çin digər tərəfdən ABŞ-ın mənfi reaksiya verməsinə səbəb olmamağa çalışır. BMT-nin Təhlükəsizlik Şurasında Suriya ilə əlaqədar 7 kritik səsvermədə Çin Xalq Respublikası ümumi olaraq ehtiyatlı mövqe tutaraq Rusiya-ABŞ çəkişməsinin xaricində qalmağı üstün tutdu. 3 super güc arasında Suriyaya hər hansı bir pərdə altında hərbi müdaxilə etməyən silahlı qüvvə göndərməyən tək ölkə Çindir.
12-02-2018, 18:50
Geri qayıt