AFN.AZ / Putinlə Poroşenko arasında telefon danışığı olub

Putinlə Poroşenko arasında telefon danışığı olub

Putinlə Poroşenko arasında telefon danışığı olub


Rusiya prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefon danışığı olub.



Bu barədə "Zerkalo nedeli" nəşrinə Ukrayna Prezidenti Administrasiyasından bildirilib.

“Ukrayna prezidenti rusiyalı həmkarı ilə telefon danışığı aparıb. Danışıq zamanı ukraynalı girovların azad edilməsi prosesinin fəallaşdırılması, xüsusən, işğal olunmuş ərazilərdə əsir sərhədçilərin mübadiləsi və ukraynalı hərbçilərin azad olunması məsələsi müzakirə edilib. Həmçinin Normand Dördlüyü ölkələri XİN rəhbərlərinin Münhendə fevralın 16-da keçiriləcək görüşünün gündəliyi müzakirə olunub”, - deyə Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib.

Ukrayna Prezidenti Administrasiyasından bildirilib ki, telefon danışığı Normand formatı üzrə tərəfdarlarla əlaqələndirilib. (APA)
14-02-2018, 10:24
Geri qayıt