AFN.AZ / "İnsanlıq dərsi istəyirsən?"-

"İnsanlıq dərsi istəyirsən?"-

"İnsanlıq dərsi istəyirsən?"-


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi tənqidi fikirlərə görə İsrailin baş naziri Binyamin Netanyahuya cavab verib.

AzVision.az xəbər verir ki, Ərdoğan bu barədə "Tvitter" hesabında yazıb.

"Netanyahu BMT-nin qərarlarını pozaraq 60 ildən çoxdur günahsız insanların torpaqlarını işğal edən irqçi dövlətin baş naziridir. Əllərində fələstinlilərin qanı var və Türkiyəyə hücum edərək günahlarını ört-basdır edə bilməzlər", - deyə Ərdoğan Netanyahuya sual ünvanlayıb: "İnsanlıq haqqında dərsmi istəyirsən? Get, 10 əmri oxu".

Qeyd edək ki, Netanyahu Türkiyəni HƏMAS-a dəstək verməkdə ittiham edib.

“Ərdoğan "HƏMAS"-ın ən böyük dəstəkçilərindən biridir. Şübhəsiz ki, terrorizm və qırğının nə olduğunu yaxşı bilir. Ərdoğana məsləhət görürəm ki, bizə əxlaqdan dərs keçməsin!” – deyə Netanyahu bəyan edib.
15-05-2018, 21:08
Geri qayıt