AFN.AZ / Tramp Ərdoğanla görüşmək istəyir

Tramp Ərdoğanla görüşmək istəyir

Tramp Ərdoğanla görüşmək istəyir


“Ölkələrimiz arasındakı güclü əlaqələrimizi bir daha vurğulamaq üçün prezident Tramp ilə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında bir görüş keçirmək istiqamətində işləyirik”

Bunu Ağ Evin sözçüsü Sara Sanders bu gün keçirdiyi brifinqdə deyib.
S.Sanders əlavə edib ki, Türkiyə demokratiyanı gücləndirmək üçün adımlar atmalı və ABŞ-la ikitərəfli münasibətlərdəki bir sıra məsələlərin həllində irəliləməyə davam etməlidir. Lakin Sanders Tramp-Ərdoğan görüşünün nə vaxt və harada keçiriləcəyilə bağlı məlumat verməyib.

Hər iki liderin görüşündə əsas müzakirə predmetinin Suriya və Ankaranın Moskvadan "S-400" sistemlərini almaq məsələsinin olacağı gözlənilir.

Ağ Evin sözçüsü qeyd edib ki, Donald Tramp seçkilərdə qələbə qazanması münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuracaq.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 24 iyunda Türkiyədə keçirilən seçkilərin nəticələrinə münasibət bildirərək, yaydığı bəyanatda “türk seçicilərinin qərarına hörmətlə yanaşırıq” ifadəsini işlədib. (Azvision)
26-06-2018, 13:18
Geri qayıt