AFN.AZ / Hindistanda musson yağışları davam edir: ölü sayı 511-ə çatdı

Hindistanda musson yağışları davam edir: ölü sayı 511-ə çatdı

Hindistanda musson yağışları davam edir: ölü sayı 511-ə çatdı


Hindistanda davam edən musson yağışları bu günə qədər 511 nəfərin ölümünə səbəb olub.

Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, yaralıların sayı isə 176 nəfərə çatıb. Əlverişsiz hava şəraitinin yaratdığı təbii fəlakət 1 milyondan çox iribuynuzlu heyvanın ölümünə, 60 minə yaxın evin dağılması ilə nəticələnib.

1 iyundan bəri müşahidə edilən yağışlar 91 bölgəni öz cənginə alıb və son 64 ilin ən güclü yağıntısı hesab edilir.
18-07-2018, 09:57
Geri qayıt