AFN.AZ / Tramp Ruhanini hədələdi:

Tramp Ruhanini hədələdi:

Tramp Ruhanini hədələdi:


İran prezidenti Həsən Ruhani Tehranda ölkəsinin səfirləri və missiya rəhbərlərinə xitab etdiyi çıxışında ABŞ prezidenti Donald Tramp adminstarsiyasının İranın neft ixracını əngəlləmək cəhdlərini tənqid edərək "Siyasətdən bir az anlayan insan "İranın neft ixracını əngəlləyəcəyik" deməz. Bir çox boğaz var. Hürmüz boğazı bunlardan biridir. Biz neft ixrac edə bilməsək, bölgə ölkələrindən heç biri edə bilməz. İranla sülh sülhlərin anası, müharibə müharibələrin anasıdır" demişdi.



Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti Ruhaninin çıxışına "Twitter"dən cavab verib. Trampın "İran prezidenti Ruhaniyə" başlıqlı paylaşımında bu ifadələr yer alıb:

"Bir daha ABŞ-ı təhdid etsə, yoxsa tarixdə çox az insanın gördüyü nəticələrlə üzləşərsən. Artıq şiddət və ölümə dair təhdidlərinizi həzm edəcək ölkə deyilik. Diqqət et.
23-07-2018, 11:34
Geri qayıt